RU

ABŞ və Britaniya hərbçiləri husilərin Hudeydədəki bazasına hücum edib

ABŞ və Böyük Britaniya hərbçiləri Yəməndə husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan Səna və Hudeydə şəhərlərinə bir sıra hava zərbələri endirib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarındakı mənbələr məlumat verib.

Məlumata görə, koalisiya qüvvələri Sənada bir neçə hədəfə hücum edib və Qırmızı dənizin sahilində yerləşən Hudeydə şəhərinin qərb hissəsindəki Əl-Kutib bölgəsinə azı dörd zərbə endirib.

Hücumun nəticələri, o cümlədən mümkün itkilər və xəsarət alanlar barədə məlumat verilmir.

“ABŞ və Böyük Britaniya aviasiyası husilərin Hudeydə şəhərinin Ras Kuteb bölgəsindəki hərbi dəniz bazasına dörd dəfə zərbə endirib” - məlumatda deyilir.

Избранный
39
far.az

1Источники