“Respublikaçılar Partiyası”ndan ABŞ prezidentliyinə namizəd olan Donald Tramp İsrailin İranın nüvə obyektlərinə zərbə endirə biləcəyini bildirib.
News24.az TASS-a istinadən xəbər verir ki, o bu barədə Şimali Karolina ştatında seçicilərlə görüşündə deyib.
D.Tramp ABŞ prezidenti Co Baydennin İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirməsini məqsədəuyğun hesab etməməsinə də münasibət bildirib:
"Düşünürəm ki, Co Bayden səhv edir. Sizin vuracağınız hədəf bu deyilmi? Nüvə silahları ən böyük riskdir. Onun bununla bağlı cavabı belə olmalı idi: “Əvvəlcə nüvə obyektlərini vurun və sonra hər şey üçün narahat olun".
Tramp əlavə edib ki, Birləşmiş Ştatlar belə bir inkişafa hazır olmalıdır.
Teymur Məmmədov