RU

Milli Məclisin deputatları Qazaxıstanda referendumu müşahidə edəcəklər

Milli Məclisin deputatları - Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Aydın Mirzəzadə, Anar Məmmədov, Elman Nəsirov, Azər Badamov və Müşfiq Məmmədli Qazaxıstanın Astana şəhərində səfərdədirlər.

Bu barədə Demokrat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Musa Quliyev, Aydın Mirzəzadə, Anar Məmmədov Milli Məclisin xətti ilə, Elman Nəsirov, Azər Badamov və Müşfiq Məmmədli isə Türk Dövlətləri Təşkilatının müşahidə missiyasının tərkibində Qazaxıstanda oktyabrın 6-na təyin olunmuş referendumu müşahidə edəcəklər.

Deputatlar Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı keçiriləcək referenduma hazırlığın səviyyəsi ilə maraqlanacaqlar, yaradılmış şəraitlə yaxından tanış olacaqlar, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.
Избранный
7
15
demokrat.az

10Источники