RU

Putin Tacikistan lideri Emoməli Rəhmonla görüşəcək

Rusiya prezidenti Vladimir Putin Tacikistan lideri Emoməli Rəhmonu oktyabrın 5-də qeyd etdiyi ad günü münasibətilə təbrik edib və yaxın günlərdə onunla Moskvada görüşəcəyini bildirib.

Azpost.info xəbər verir ki, təbrik teleqramının mətni Tacikistan dövlət başçısının saytında yerləşdirilib.

“Hörmətli Emoməli Şaripoviç, yaxın günlərdə Moskvada görüşümüz ərəfəsində, sizə möhkəm cansağlığı, firavanlıq və hökumət fəaliyyətinizdə yeni uğurlar arzulayıram”, – təbrikdə deyilir.

Putin qeyd edib ki, Rusiya Rəhmonun iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini daha da gücləndirmək, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı faydalı əlaqələri təşviq etmək məqsədi daşıyan ardıcıl səylərini yüksək qiymətləndirir.

Azpost.info

Избранный
22
azpost.info

1Источники