RU

Azərbaycanda avtomobil çökəkliyə düşdü - Xəsarət alan var

Qaxda minik avtomobili yol kənarındakı çökəkliyə düşüb, xəsarət alan var.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Qıpçaq kəndi ərazisində baş verib. 1988-ci il təvəllüdlü Qax rayon İngiloy Kötüklü kənd sakini Slava Maksimoviç Berikaşvili "Nissan" markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb.

 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Berikaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Избранный
10
6
sfera.az

10Источники