RU

Milutin Osmaiç rəqibini dişlədiyi üçün 8 oyunluq cəza aldı

“Preston”un monteneqrolu mərkəz hücumçusu Milutin Osmaiç rəqibini dişlədiyinə görə 8 oyunluq cəzalandırılıb.

Arena.az bu barədə “Sky Sports” dərgisinə istinadən məlumat verir.

Osmaiç dişlərini “Bləkbörn”ün müdafiəçisi Ouen Bekin boynuna batırıb. Hadisə İngiltərə Çempionşipinin 6-cı turunun “Preston” – “Bləkbörn” oyununda (0:0) baş verib.

Ouen Bek Osmaiçin “hoqqalarından” cana doyub, hakimə şikayətlənib, üstəlik qırmızı vərəqə alaraq meydandan qovulub. Osmaiç isə sarı vərəqə ilə canını qurtarıb.

İngiltərə Futbol Assosiasiyası (The FA) hadisəni araşdırıb və “itliyi” tutmuş Osmaiçi təqsirli bilib.

Milituin Osmaiç 8 oyunluq cəza ilə yanaşı 15 min funt-sterlinq məbləğində cərimə ödəməyə mükəlləf edilib.

Избранный
23
arena.az

1Источники