Prezident İlham Əliyev Milli Məclisin deputatı Sabir Kamal oğlu Hacıyevlə bağlı Sərəncam imzalayıb. Yeniavaz.com xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, bu gün Sabir Hacıyevin 70 yaşı tamam olur.