RU

Pol Poqba: “Nəhayət ki, bu kabus bitdi”

“Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqba cəza müddətinin azaldılması ilə bağlı qərara münasibətini açıqlayıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bunları qeyd edib:

“Nəhayət ki, bu kabus bitdi. İdman Arbitraj Məhkəməsinin qərarından sonra yenidən arzumun ardınca gedəcəyim günü səbirsizliklə gözləyə bilərəm.

Mən həmişə vurğulamışam ki, mən, həkimim tərəfindən mənə təyin edilmiş, kişi idmançıların səmərəsinə təsir etməyən qida əlavəsini qəbul etməklə, Ümumdünya Antidopinq Agentliyinin qaydalarını heç vaxt bilərəkdən pozmamışam.

Mən vicdanla, dürüst oynamışam, amma yenə də bütün məsuliyyətimlə öz pozuntumu etiraf etməliyəm. Mən, izahatlarımı dinləmiş İdman Arbitraj Məhkəməsinin hakimlərinə rəsmi təşəkkürümü bildirirəm.

Bu, həyatımda çox çətin bir dövr idi, çünki uğrunda çox çalışdığım hər şey təxirə salınmışdı. Məhəbbətiniz və dəstəyiniz üçün bir daha təşəkkür edirəm. Meydana qayıtmaq intizarındayam”, deyə Poqba duyğusalcasına bildirib.

Xatırladaq ki, İdman Arbitraj Məhkəməsi (CAS) Poqbanın dopinq istifadəsi ilə bağlı cəzasının müddətini azaldıb. Fransalı futbolçunun cəza müddəti daha əvvəl təyin edilmiş 4 il müddətindən 1 il 6 aya endirilib.

Poqba 2025-ci ilin yanvarından etibarən “Yuventus”la ümumi məşqlərə başlaya biləcək. Gələn ilin martına qədər isə Poqbanın rəsmi oyunlarda iştirakına icazə veriləcək.

Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq müayinəsindən müsbət nəticə ilə keçib. Fevralın 29-da antidopinq məhkəməsi Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın futbolçu fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu müvafiq qərardan apellyasiya şikayəti vemişdi.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Pobqa “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Избранный
10
arena.az

1Источники