RU

Azərbaycanda işləmiş baş məşqçi vəfat etdi

"İnter"in (indiki "Şamaxı") sabiq baş məşqçisi Anatoliy Konkov dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis 76 yaşında vəfat edib. Bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Anatoliy Konkov 2004-2006-cı illərdə "İnter"in baş məşqçisi olub. "Avanqard", "Şaxtyor" və "Dinamo"da çıxış edib. Yarımmüdafiəçi mövqeyində çıxış etmiş Konkov SSRİ yığmasının heyətində 47 oyun keçirib və 8 qol vurub.

saytlarin hazirlanmasi

Избранный
24
sportal.az

1Источники