RU

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nazənin Teymurova Macarıstanın Sombatxey şəhərində keçirilən “Challenge” seriyasına aid FIG Dünya Kubokunda finala yüksəlib.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma üzvü dayaqlı tullanma proqramı üzrə həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, ötən gün start götürən Dünya Kubokuna oktyabrın 6-da yekun vurulacaq.

Избранный
7
2
yeniazerbaycan.com

3Источники