RU

“Hizbullah” liderlinin varisi öldürüldü – KİV + Yenilənib


Livanın “Hizbullah” hərəkatının baş katibi postuna əsas namizəd hesab edilən təşkilatın icra şurasının rəhbəri Haşim Safi əd-Din İsrailin Beyruta hücumu nəticəsində öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, Safi əd-Din oktyabrın 4-ü cümə günü İsrail ordusunun Beyrutun cənub ətrafına endirdiyi zərbə nəticəsində öldürülüb.
Onunla birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə zabiti də öldürülüb.

***15:04
Həsən Nəsrullahın “Hizbullah” hərəkatının baş katibi vəzifəsində ehtimal olunan varisi Haşim Safi əd-Dinlə İsrailin Beyruta vurduğu zərbələrdən sonra cümə günündən əlaqə itib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, İsrailin Livanın paytaxtına davam edən zərbələri xilasedicilərə hücuma məruz qalan “Hizbullah” bunkerinin “Hizbullah” rəhbəri vəzifəsinə namizədin yerləşə biləcəyi yerdə axtarışlar aparmasına mane olur.
Hazırda hərəkatın icra şurasına Haşim Safi əd-Din rəhbərlik edir.
Избранный
6
2
yeniavaz.com

3Источники