RU

Bərdədə yol qəzası: piyada öldü

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yevlax Yevlax Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu saatlı kəndi ərazisində qeydə alınıb.

"KİA" markalı minik avtomobili yolu keçmək istəyən yaşlı kişini vurub. Hadisə zamanı ağır xəsarət alan kişi Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılsada həkimlər onun həyatını xilas edə bilməyiblər. Qəzada həyatını itirən kişinin şəxsiyyəti müəyyənləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Избранный
10
8
bakivaxti.az

10Источники