RU

"HƏMAS"ın iki komandiri öldürülüb

İsrail Müdafiə Qüvvələri (IDF) və Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) Livanda keçirdiyi birgə əməliyyat zamanı "HƏMAS"ın əməliyyat bölməsinin komandiri Məhəmməd Hüseyn Əli əl-Mahmud öldürülüb.

"İki sahil" İsrail mətbuatına istinadən xəbər verir ki, o, İudeya və Samariya bölgəsində terror aktlarına rəhbərlik edib. “Əl-Mahmud son illərdə İsrailin xaricdəki obyektlərinə hücumlarda, eləcə də Livanda HƏMAS-ın strukturunun gücləndirilməsi fəaliyyətində iştirak edib və İsrailə raket hücumları üçün silah tədarükü ilə məşğul olub”, - məlumatda qeyd olunub. Tripoli ərazisində həyata keçirilən daha bir birgə əməliyyat zamanı "HƏMAS"ın hərbi qanadının nümayəndəsi Səid Alaa Naif Əli öldürülüb.

Məlumatda onun İsrail obyektlərinə hücumlara rəhbərlik etdiyi və HƏMAS sıralarına döyüşçülər cəlb etdiyi bildirilib.

Избранный
14
8
ikisahil.az

10Источники