RU

Bakıda 25 yaşlı gənc hesabına 10 min manat ödətdirdi

Dələduzluq edərək hesabına 10 min manat ödətdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Bakı şəhər sakini olan bir nəfər onu aldadan şəxsin öz hesabına 10 200 manat ödətdirməsi barədə polisə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı Z.Zülfüqarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
2
13
musavat.com

10Источники