Azərbaycanın idman gimnastı Nazənin Teymurova Macarıstanın Sombathey şəhərində davam edən “Challenge” seriyalı Dünya Kubokunda finala vəsiqə qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, o, dayaqlı tullanma üzrə yarışda uğurlu nəticəyə imza atıb.
Yarışa sabah yekun vurulacaq.