RU

Bakıda ata və oğul 3 nəfəri bıçaqladı: ÖLƏN VAR

Oktyabrın 6-da gecə saat 01 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.

Titul.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Belə ki, 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyevin şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıb.

Hadisə nəticəsində Q.Məlikov ölüb.

Araşdırma aparılır.

Избранный
7
45
titul.az

10Источники