RU

Sabah Bakıda 26 dərəcə isti olacaq

Bakı. Trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 7-dəBakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağıehtimalı var. Mülayim cənub-şərq küləyi gündüz arabirgüclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-26° isti olacaq.Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubətgecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərqküləyi əsəcək.

Havanın temperaturu gecə 11-18° isti, gündüz 23-28° isti,dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Избранный
66
49
az.trend.az

10Источники