RU

DOĞMALIQ: Rasif Rasimlinin yazısı

7NEWS.az xəbər verir ki, Misli premyer liqasının birinci dövrəsinin son turuna çıxan "Neftçi” bu mövsümün hələlik aşkar autsayderi hesab olunan "Kəpəz”ə 3-4 hesabıyla uduzub. Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açsalar da matçın baş hakimi birinci hissənin (bütün oyunun da) son fitini səsləndirəndə qonaqlar artıq hesabda geridə idilər. 
    Böyük ehtimalla, "Neftçi”yə nə əcnəbi baş məşqçi, nə də əcnəbi futbolçular gətirilməsəydi bəlkə də mövsümün bu mərhələsində daha yaxşı yerdə olardılar. Bu mənzərəni görüb uşaqlıqdan oxuduğum nağılı xatırlamaya bilmirəm :
Bir gün şah öz ölkəsini gəzmək istəyir. Əmr edir ki, faytona dörd yaxşı at qoşsunlar.
Şah səyahətə başlayır. Onlar bir dağ çayından keçməli olurlar. Faytonçu nə qədər çalışırsa, atlar çayın ortasında dayanırlar. Çayı keçə bilmirlər.
Bu zaman odun ilə yüklənmiş bir araba çaya yaxınlaşır. Arabaya iki arıq at qoşulmuşdu. Arabaçı çayı asanlıqla keçir. Şahın adamları çayı keçə bilmədikləri üçün geri qayıdırlar.
Şah bu işə çox təəccüblənir. Geri qayıtdıqdan sonra arabaçını saraya çağırtdırır və soruşur:
- Qoca, necə olur ki, mənim faytonum yüngül, atlarım da dünyanın hər tərəfindən gətirilmiş seçmə atlar ola-ola, çayı keçə bilmirlər, sənin arıq atların isə çayı asanlıqla keçirlər?
Qoca cavab verir:
- Şah sağ olsun, sizin atlarınız bir-birinə yaddır. Ona görə də bir-birinə kömək etmək istəmirlər. Mənim atlarım isə ana-baladırlar.Nə ana istəmir balasına çox güç düşsün, nə də bala istəmir ki anasına çox güc düşsün.Ona görə də bir-birinə kömək edirlər. Arabanı çaydan keçirən də elə bu doğmalıqdır.

   Eyni mənzərə də "Neftçi” düşərgəsində də var. Azərbaycanda ən yaxşı maliyyə durumunun olduğu 2-3 klubdan biri olan adıçəkilən komandaya hər mövsümün başlanğıcında və ortasında bahalı legioner futbolçular (əcnəbi baş məşqçilər) cəlb olunur. Amma nəticə sıfırdır. Cari mövsüm ölkə çempionatında "Neftçi”-nin sərgilədiyi oyunlarda futbolçular hər matçı yola verib çıxırlar. Amma illərdir ki, Azərbaycan futboluna xidmət edən Qara Qarayevlər, Emin Mahmudovlar kənarda qalıblar. "Neftçi”-yə doğma oyunçular, doğma məşqçilər lazımdır. Çünki bu komandanı batalıqdan pul gücünə deyil, iradə və əsl sevgi gücü ilə çıxarmaq olar. Gerisi təfərrüat …

Yazar : Rasif Rasimli
Избранный
6
24
7news.az

10Источники