Qubadlıda xəstəxana tikintisi üçün 8 milyon manatlıq tender elan olundu
Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdriyyəti 91 çarpayılıq Qubadlı rayon Mərkəzi Xəstəxanasının tikintisiylə əlaqədar tender müsabiqəsi elan edib. Yeniavaz.comxəbər verir ki, tender müsabiqəsi xəstəxana tikintisinin 1-ci mərhələsini əhatə edəcək. Bildirilir ki, xəstəxana tikintisinin 1-ci mərhələsinin həyata keçirilməsi üçün 8 milyon manat vəsaitin (ehtimal olunan qiymət) ayrılması nəzərdə tutulub.