RU

Dünya çempionatında daha bir medal

Azərbaycan atıcıları gənclər arasında dünya çempionatında daha bir medal qazanıblar.

İdman.biz xəbər verir ki, Perunun Lima şəhərində keçirilən yarışda Sofiya Barxalova fəxri kürsüdə yer alıb.

O, qızlar arasında 50 metr məsafəyə atəşaçmada final mərhələsində 535 xal toplayaraq bürünc medal qazanıb.

Qeyd edək ki, yığmamızın daha bir üzvü İmran Qarayev eyni məsafəyə yarışda qızıla sahib çıxıb.

İdman.biz

Избранный
49
idman.biz

1Источники