RU

Daha bir yol qəzası...

Kəlbəcər yolundan ÜZÜCÜ XƏBƏR gəldi - 5 nəfərin ADLARI

Azərforum xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Göygöl-Toğanalı-Kəlbəcər yolunda baş vermiş qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

xəsarət alanlar rayon sakinləri 34 yaşlı R.Əhmədov, 29 yaşlı P.Mirzəyev, 27 yaşlı E.İsrafilov, 45 yaşlı G.Cəlilova və 66 yaşlı M.Cəlilovadır.

Onların vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə qəzaya səbəb avtomobilərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Qeyd edək ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayonun Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil ilə "VAZ 21015" markalı avtomobil toqquşub.

Faktla bağlı araşdırma aparılır.

***

20:38

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayonun Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətədə olan "VAZ-21015” minik avtomobili ilə digər avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
3642
3
apa.az

10Источники