RU

Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"

Avroviziya qalibimiz Nigar Camal müğənni Şəbnəm Tovuzlunun duet təklifinə cavab verib.

Publika.az xəbər verir ki, bu barədə sənətçi “Pərvizə görə” proqramında danışıb. O, Tovuzlunun duet təklifini rədd edib:

“Belə bir təklif gözləmirdim. Həyatda onunla tanış olmamışam. Eşitmişəm ki, yaxşı insandır. Amma biz çox fərqli müğənnilərik. Fərqli dünyalarımız var. Düşünürəm ki, duet bizdə heç vaxt alınmaz. Məsələn, Aygün Bəylərlə də fərqli müğənniyik. Lakin Aygün başqa məsələdir. Həm onun xətrini də çox istəyirdim. Şəbnəm Vəfa Şərifova ilə duet oxusa, maraqlı olar”.

Избранный
51
11
publika.az

10Источники