RU

Səudiyyə kralına yenidən sətəlcəm diaqnozu qoyulub

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud pnevmoniyaya görə tibbi müayinədən keçir...

Poliqon xəbər verir ki, bu barədə Səudiyyə ƏrəbistaNının döVlət Agentliyi olan SPA krallıq dəftərxanasına istinadən məlumat yayıb. Məlumatda 88 yaşlı monarxın vəziyyətinin təfərrüatları dəqiqləşdirilməyib.

Xatırladaq ki, Salman bin Əbdüləziz Əl Səud may ayında analoji müayinədən keçib. Sonra həkimlər ona pnevmoniya diaqnozu qoydular.

Qeyd edək ki, Salman bin Əbdüləziz Əl Səud Kral Əbdüləziz Əl Səudun 25-ci oğludur. 2011-ci ilin noyabrında o, Səudiyyə Ərəbistanının müdafiə naziri təyin edilib. O, 2015-ci ilin yanvarında kral taxtına çıxıb. Böyük Britaniyanın 96 yaşlı kraliçası II Elizabetin ölümündən sonra Salman bin Əbdüləziz Əl Səud dünyanın ən yaşlı monarxı olub.

Polioqon.info

Избранный
41
2
poliqon.info

3Источники