RU

Pakistanda törədilən terror aktı nəticəsində iki Çin vətəndaşı həlak olub

Pakistanın Kəraçi şəhərində törədilən terror aktı nəticəsində 2 Çin vətəndaşı ölüb, 1 nəfər isə yaralanıb.

“İki çinli əməkdaş həlak olub, daha biri yaralanıb, bir neçə pakistanlı əməkdaş da yaralanıb”, – RİA Novosti Çinin Pakistandakı səfirliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, Çinin enerji şirkəti Port Qasim Electric Power Company-nin əməkdaşlarını daşıyan karvan Cinna Beynəlxalq Hava Limanı yaxınlığında terror aktına məruz qalıb.

Bundan əvvəl Geo News Pakistanda hava limanı yaxınlığında baş verən partlayış nəticəsində bir nəfərin öldüyünü bildirmişdi.

Sentyabrın sonunda Pakistanın şimalında rus pilotların olduğu helikopter qəzaya uğrayıb.

Mənbə RİA Novosti

Избранный
50
33
dogru.az

10Источники