RU

Paraşütlə uçarkən ölən şəxs tanınmış həkim imiş (VİDEO)

Xəbər verdiyimiz kimi, ötən gün saat 16.00 radələrində 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Şamo Mehdiyev tanınmış stamatoloq olub. 

Əslən Laçından olan həkim uzun müddətdir həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olurmuş.

Qeyd edək ki, Şamo Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.

Günay

Избранный
17
17
qaynarinfo.az

10Источники