RU

Qubada bədbəxt hadisə

 

Azərforum xəbər verir ki, Shimal.News-un əldə etdiyi məlumata görə, Qubanın Qırız Dəhnə kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

oktyabrın 6-sı 38 yaşlı Şamo Mehdizadə dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb və dünyasını dəyişib.

 

Bildirilir ki, mərhum uzun müddət həvəskar şəkildə paraplan idman növü ilə məşğul olub. Özü isə ixtisasca diş həkimi idi.

 

Faktla bağlı araşdırma aparılır.

Избранный
3324
news24.az

1Источники