RU

Azərbaycan torpaqlarında 30 il ərzində müharibə cinayətləri törədilib

Azərbaycan torpaqlarında 30 il ərzində davamlı olaraq müharibə cinayətləri törədilib.

Bunu Azərbaycan Müdafiə nazirinin müavini, Baş direktor Aqil Qurbanov Bakıda keçirilən "Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar”da (SWIRMO) deyib.

O bildirib ki, bu müddət ərzində davamlı olaraq mülki əhali, infrastruktur, bağçalar, məktəblər atəşə tutulub: "30 il ərzində həyata keçirilən hərbi cinayətlər nəticəsində təəssüf ki, mülki şəxslər arasında da böyük itkilər olub. Bu müddət ərzində itkin düşmüş 4000 min azərbaycanlı haqqında isə heç bir məlumat verilmir".

Bölgədə uzun illər ərzində basdırılmış minaların təhdid olduğunu deyən nazir müavini qeyd edib ki, 2020-ci il 10 Noyabr üçtərəfli bəyannaməsindən sonra 379 nəfər mina qurbanı olub: "Azad olunmuş ərazilərdə indiyədək 156 mindən çox partladılmamış sursat aşkar olunaraq zərərsizləşdirilib. Ermənistan tərəfindən təqdim olunan mina xəritələri isə qeyri-dəqiqdir".

APA

Избранный
3
5
herbiand.az

7Источники