RU

Gürcüstan prezidenti Salome Zurabişvilinin baş nazir postuna öz namizədi var

Gürcüstan prezidenti elan edib ki, onun artıq baş nazirliyə namizədi var.

Editor.az bildirir ki, Salome Zurabişvili “Pirveli” telekanalına müsahibəsində bu namizədin siyasi keçmişinin olmadığını vurğulayıb. O, namiizədin adını çəkməsə də, əlavə edib ki, məsələni müxalifət partiyalarının nümayəndələri ilə müzakirə etmək niyyətindədir.

Zurabişvili hökumətə başçılıq etməyə hazır olub-olmadığı barədə hələ düşünmədiyini bildirib. “Mən nə düşünürdüm, burada demərəm. Lakin çox yaxşı bir namizədim var, – Respublika Prezidenti bildirib.
Xatırladaq ki, üç həftədən sonra Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçkilər oktyabrın 26-na təyin edilib.

//Samir Qurbanov, Editor.az

 

Избранный
17
editor.az

1Источники