RU

Nə qədər ki, mən Slovakiya hökumətinin başçısıyam, Ukraynanın NATO-ya daxil olmasına razılıq verməyəcəyəm – baş nazir Robert Fiko

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, o, hökumət başçısı postunu tutduğu müddətdə ölkə Ukraynanın NATO-ya daxil olmasına razılıq verməyəcək.

O, bu addımı eskalasiya və üçüncü dünya müharibəsinin başlaması üçün əsas adlandırıb. “Nə qədər ki, mən Slovakiya hökumətinin başçısıyam, hakim partiyanın sədri kimi mənim nəzarətimdə olan parlament üzvlərinə Ukraynanın NATO-ya daxil olmasına heç vaxt razılıq verməməyi əmr edəcəyəm”, – deyə Fiko müsahibəsində bildirib. Lakin o, əlavə edib ki, Ukraynanın Avropa İttifaqına qoşulmasının əleyhinə deyil.

“Financial Times” öz mənbələrinə istinadən yazıb ki, müttəfiqlər Ukrayna ilə “NATO-ya üzvlük müqabilində ərazi” prinsipi əsasında münaqişəyə son qoymaq sxemini müzakirə etməyə başlayıblar. “Washington Post” yazıb ki, müttəfiqlər Ukraynanın alyansa qoşulması üçün daha konkret addımlar təklif etmək niyyətindədirlər.

//Samir Qurbanov, Editor.az

Избранный
5
1
editor.az

8Источники