Ermənistan prezidenti Vaaqn Xaçaturyan oktyabrın 7-9-da Almaniya Federativ Respublikasında işgüzar səfərdə olacaq.
Herbiand.az xəbər verir ki, o Davamlı İnkişaf üzrə Hamburq Konfransında iştirak edəcək .
Səfər çərçivəsində respublika Prezidentinin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və bir sıra yüksək vəzifəli həmkarları ilə görüşləri nəzərdə tutulub.