RU

Paraşütlə uçarkən ölən şəxs tanınmış həkim imiş

Ötən gün saat 16:00-da 1986-cı il təvəllüdlü Şamo Salman oğlu Mehdiyev Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

Oxu24.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, Şamo Mehdiyev tanınmış stomatoloq olub.

Əslən Laçından olan həkim uzun müddətdir həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olurmuş.

Qeyd edək ki, Şamo Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.

Избранный
4
17
oxu24.com

10Источники