RU

Kamran Həbibov: Azərbaycan regional ticarət qovşağına çevrilməlidir

“Son vaxtlar logistika sahəsində ləngimələr var. Buna əsas səbəb isə son vaxtlar gedən siyasi proseslərdir”.

"Operativ Media” xəbər verir ki, bunu “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin Assosiasiyasının sədri Kamran Həbibov deyib.

O bildirib ki, dəmir və avtoyolların təzələnməsi, inkişaf etdirilməsi əsas prioritetdir:

“Düşünürəm ki, artıq logistika sahəsində növbəti mərhələyə keçməliyik. Azərbaycan regional ticarət qovşağına çevrilməlidir. Bunun birbaşa tranzitdən fərqi isə odur ki, bütün qlobal istehsalçılar Azərbaycana cəlb olunmlaıdır ki, burada qlobal anbar yaradılsın. Paylama nöqtəsi məhz Azərbaycan olmalıdır”-, deyə o bildirib.

 

Избранный
16
operativmedia.az

1Источники