RU

Səhiyyə Nazirliyində Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzinin Baş direktoru ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyində Rusiya Milli Tibbi Tədqiqat RadiolojiMərkəzinin (NMRRC) Baş direktoru, akademik Andrey Karpinlə görüşkeçirilib. Görüşdə, həmçinin Milli Onkologiya Mərkəzinin Başdirektoru, akademik Cəmil Əliyev də iştirak edib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayansəhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Rusiya arasındaəməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlainkişaf etdiyini vurğulayıb: “Ölkələrimiz arasında sıx əlaqələrsəhiyyə, o cümlədən onkologiya sahəsində əməkdaşlığın genişspektrini müəyyən edir”.

Teymur Musayev İ.M.Seçenov adına Birinci Moskva Dövlət TibbUniversitetinin Bakı filialının əhəmiyyətini də qeyd edib: “Butəhsil ocağını bitirən həkimlər ölkə səhiyyəsinin inkişafına mühümtöhfə verirlər”.
Nazir çıxışında Azərbaycanda xərçəng xəstəliklərinin müalicəsi üzrəciddi tədbirlərin həyata keçirildiyini və bu işin sistemli şəkildədavam etdirildiyini vurğulayıb: “Azərbaycanda onkoloji xidmət böyükvə uğurlu inkişaf yolu keçib. Prezident İlham Əliyevin diqqət vəqayğısı sayəsində hazırda Milli Onkologiya Mərkəzi ən müasiravadanlıqla təchiz olunub. Mərkəz respublikanın əhalisinəyüksəkixtisaslı onkoloji yardımın həyata keçirilməsindəelmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olanəsas qurumdur.”

Rusiyanın Milli Tibbi Tədqiqat Radioloji Mərkəzinin yüksəkpeşəkar kadrları ilə tanındığını vurğulayan Azərbaycanın səhiyyənaziri onkologiya, radiologiya və urologiya sahəsində birgə elmitədqiqatların həyata keçirilməsinin vacibliyini qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Andrey Karpin beləgörüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacibolduğunu vurğulayıb. NMRRC-nin Baş direktoru rəhbərlik etdiyiMərkəzin fəaliyyəti haqqında da ətraflı məlumat verib. Bildirilibki, NMRRC-nin əsas fəaliyyəti ümumdünya onkologiya vəradiologiyanın nailiyyətlərinə söykənərək, ən müasir üsul vətexnologiyalardan istifadə etməklə xəstələrin müayinə vəmüalicəsini təmin etməkdir.
NMRRC-nin Baş direktoru, həmçinin Milli Onkologiya Mərkəzindəonkoloji xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılanmüasir şəraitin dünya standartları səviyyəsində olduğunubildirib.
Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərinimüzakirə ediblər.

Səhiyyə
Məqalədə:
Избранный
17
5
az.trend.az

10Источники