RU

İsrailin hücumundan sonra Qasım Süleymaninin xələfindən xəbər yoxdur

İran rəsmiləri ötən həftə Beyruta edilən hücumlardan sonra İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı İsmayıl Qənidən heç bir xəbər olmadığını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İranın iki yüksək rütbəli təhlükəsizlik rəsmisinin sözlərinə görə, “Hizbullah” lideri Həsən Nəsrullahın keçən ay İsrailin hava hücumunda öldürülməsindən sonra Qüds qüvvələrinin komandanı İsmayıl Qəni Livana gedibmiş.

“Röyter” xəbər agentliyinə danışan rəsmilərdən biri “Hizbullah”ın yüksək səviyyəli rəsmisi Haşim Seyfəddinin hədəf alındığı hücum zamanı Qəni Beyrutun Dahiyə bölgəsində olduğunu, lakin o zaman Seyfəddinlə görüşmədiyini qeyd edib. Rəsmi şəxs bildirib ki, o vaxtdan bəri İran və “Hizbullah” komandanla əlaqə saxlaya bilməyib.

İsrail ordusunun sözçüsü polkovnik-leytenant Nadav Şoşani İ.Qəninin İsrailin hücumu nəticəsində öldürülə biləcəyi ilə bağlı suala cavab olaraq deyib ki, hücumların nəticələri hələ də qiymətləndirilir.

İsmayıl Qəni 2020-ci ildə ABŞ tərəfindən öldürülən Qasım Süleymaninin varisi idi.

Xarici əməliyyatlarına cavabdeh olan Qüds qüvvələri Tehranın Yaxın Şərqdəki müttəfiqi olan “Hizbullah” birlikdə işləyir. İran İnqilabı Keşikçiləri Korpusunun komandanı, briqada generalı Abbas Nilforuşan sentyabrın 27-də Nəsrullahla birlikdə olduğu sığınacaqda ölüb.

Musavat.com

Избранный
14
musavat.com

1Источники