RU

Siyəzən sakinində narkotik vasitə aşkarlandı - VİDEO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Sabir Məhərrəmov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Məhkəmənin qərarı ilə S.Məhərrəmovun barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Избранный
13
3
unikal.az

5Источники