RU

Şirkətin hüquqi və faktiki ünvanları fərqli ola bilər?

Azərbaycanda hüquqi və faktiki ünvanı fərqli olan bir çox şirkət fəaliyyət göstərir.

 

Modern.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə bildirib ki, hüquqi şəxs hüquqi ünvanından fərqli olaraq faktiki ünvanı üzrə də fəaliyyət göstərə bilər. Ancaq hüquqi şəxsin faktiki ünvanı da rəsmi sənədlərdə göstərilməli və aidiyyəti dövlət orqanlarına bildirilməlidir:

 

“Faktiki ünvanın hüquqi ünvandan fərqli olması vergi və digər hüquqi məsələlərə təsir göstərə bilər. Buna görə də, hüquqi şəxs fəaliyyət göstərdiyi faktiki ünvanı rəsmi qaydada qeyd etməli və müvafiq orqanları məlumatlandırmalıdır. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır”.

 

Vəkil qeyd edib ki, hüquqi şəxs dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir:

 

“Vergi Məcəlləsinin 34-cü maddəsinə əsasən, Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən ərizə verilir. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir”.

Избранный
11
modern.az

1Источники