RU

Poqba klubsuz qalmayacaq: Bu ölkələrin komandaları hərəkətə keçdi

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba karyerasını Səudiyyə Ərəbistanı və ya ABŞ-da davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Mənbənin sözlərinə görə, artıq bu ölkələrin klubları 31 yaşlı fransalıya maraq göstərməyə başlayıb.

Oktyabrın 4-də məlum olub ki, İdman Arbitraj Məhkəməsi (CAS) Poqbanın antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya müddətini 4 ildən 18 aya endirib. Futbolçunun cəzası 2025-ci ilin martına qədər qüvvədə olacaq.

Избранный
35
publika.az

1Источники