RU

Azad edilmiş ərazilərdə daha 232 mina, 415 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (30.09.2024 - 06.10.2024) açıqlanıb.

ANAMA-dan Herbiand.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 159 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 415 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 945,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Избранный
3
36
herbiand.az

10Источники