RU

Cəbrayıldan bir neçə gün sonar uğurlu Hadrut əməliyyatı keçirilmişdi

Erməmistan 1-ci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizə yaxınını işğal etmişdi. Azərbaycanın Xocavənd rayonunda yerləşən,stateji əhəmiyyətə malik Hadrud qəsəbəsi və ona bitişik kənd və yüksəklikləri işğal edilmişdir. İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsindən sonra ikinci korpus iki istiqamətə ayrıldı. Birinci ordu qrupu Cəbrayıl – Zəngilan istiqamətində, ikinci ordu qrupu Cəbrayıldan şimal-şərqdə Hadrud-Fizuli istiqamətində hərəkətə başladı.

7 oktyabr 2020-ci il Hadrur uğrunda döyüşlər başlandı. 29 sentyabrda Azərbaycan quvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv etdi.  Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqmətə-Hadruta yönəldi. Hadrut əməliyyatı böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətində Şuşaya doğru irəliləməyə başladı.

Düşmən hücumu Lacın yolu və Qırmızı Bazar istiqamətindən gözləyirdi.

Oktyabrın 7- dən başlayaraq ağır artilleriya döyüşləri başladı. Oktyabrın 9-da Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altina aldılar. Lakin qəsəbənin ətrafındakı hakim yüksəklikləri düşmən nəzarətində olduğu halda, xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdular. Digər qruplar isə Hadruta cənub istiuqamətindən gələn yolları nəzarətə götürmüşdü.

Oktyabrın 10-da Cəbrayıl istiqamətindən hərəkət edən Azərbaycan qoşunları Hadruta şimal istiqamətindən daxil olmağa başladı. Ermənilər şəhərdəki Azərbaycan qüvvələrini mühasirəyə aldığını elan etdilər. Həmin gün Hadrutda cəmi 50-70 Azərbaycan XTQ əsgəri olsa da, 500-dən artıq erməni əsgəri onlara qarşı müqavimət göstərə bilmədi.

Azərbaycan qüvvələri 14 və 15 oktyabrda Hadrutu tam düşmən işğalınan azad etdilər. Oktyabrın 30-dək Hadrutun digər kəndləri və yüksəkliklər uğrunda döyüşlər davam etdi. Hadrutun azad olunması bir neçə rayonumuzun açarı oldu. İlk növbədə bizim əsgərlərimiz Ermənistandan Hadruta, Cəbrayıla, Fizuliyə gələn təminatın qarşısını alınmış oldular.

9 oktyabr Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan İlham Əliyev azad olunmuş ərazilər arasında Hadrutun da adını çəkdi.

Miladə Qazıbəyova,
Bakı şəhəri, Xətai rayonu, 165 saylı tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Избранный
15
ikisahil.az

1Источники