RU

Atıcımız dünya birincisi olub

Azərbaycanın güllə atıcısı İmran Qarayev Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya çempionatının qızıl medalını qazanıb.

50 metr məsafəyə atəş açmada idmançımız finalda 552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq mundialın qalibi olub. Komandamızın digər üzvü Sofiya Barxalova isə bürünc medal qazanıb. Qızlar arasında 50 metr məsafəyə atəş açmada idmançımız 535 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Leyla QURBANOVA
XQ

Избранный
3
2
xalqqazeti.az

10Источники