RU

Putin Moskvada Paşinyanla danışıqlar aparacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.

Korrespondent.az bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Paşinyan sabah Moskvada MDB dövlət başçılarının növbəti iclasında iştirak edəcək.

Bu arada Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

Onun sözlərinə görə, danışıqlar MDB Dövlət Başçıları Şurasının oktyabrın 8-də keçiriləcək iclasından əvvəl aparılacaq.

Избранный
5
11
korrespondent.az

10Источники