RU

Qrimanın qırımı, Kərimlinin “yorumu”

AXCP sədri Əli Kərimlinin ABŞ dövlət katibi Blinkenin 60-a yaxın konqresmenin adından özünə yazdığı müraciəti dəstəkləyən açıqlaması təəccüb və narahatlıq doğurmasa da, məyusluq yaradır. Ad və soyadına görə azərbaycanlı olan bir siyasətçinin milli maraqlarımıza qarşı bu qədər açıq demarşına etinasız yanaşmaq mümkün deyil.

Sözü gedən “müraciət”in sözdə təşəbbüskarlarından biri konqresmen Frank Pallonedir. O, erməni diasporunun təsiri altındakı digər həmkarları ilə birlikdə Azərbaycana qarşı təzyiqlər çağırışını rəsmi internet səhifəsində təqdim etməzdən öncə özü haqqında yazır:

"Erməni xalqına sarsılmaz dəstəyinə görə Azərbaycan tərəfindən “qara siyahı”ya salınan Pallone Konqresin Erməni Problemləri üzrə Qrupuna həmsədrlik edir və Azərbaycanın Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə aparması fonunda keçən il “Azərbaycanın təcavüzünə qarşı ermənilərə dəstək” Aktını təqdim edib".

Ötən əsrin 90-cı illərində, lap elə 2000-ci illərin əvvəllərində ABŞ-dan Azərbaycana hər hansı informasiya bir neçə həftəyə çatırdı. Vaşinqtonda ölkəmizlə bağlı müzakirələrdən Azərbaycan publikasının dərhal tanış olmaq imkanı yox idi. İndi internet əsridir, arama motorları var, istənilən mətni anında əldə etmək, çevirmək və oxumaq olar.

Bütün bunların mümkün olduğu bir çağda Əli Kərimlinin “erməni xalqının sarsılmaz dəstəkçisi” Frank Pallonenin “məntiq düsturları” ilə açıqlama verməsi birbaşa dövlət təhlükəsizliyini təhdid edən məsələdir.

Əli Kərimli yazır:

"Tam məsuliyyətlə bildirirəm ki, hazırda Azərbaycan hakimiyyətinə Qərbdən gələn təzyiqlərin 90 faizi ölkədəki siyasi məhbusların azadlığa buraxılması və Ermənistanla sülhün tezləşdirilməsilə bağlıdır. Hər iki məsələ Azərbaycanın milli maraqlarına tamamilə uyğundur".

AXCP sədri daha sonra bildirir: "Əziz həmvətənlər, imkan verməyin ki, sizi aldatsınlar. Bizdən nəinki ABŞ, heç Ermənistan özü də Qarabağ istəmir. O söhbət Azərbaycan hakimiyyətindən başqa hamı üçün bitib”.

Bəs, Əli Kərimlinin dəstəklədiyi Blinkendən-Blinkenə ünvanlanan müraciətdə nə deyilir?

Bir neçə abzasa diqqət yetirək.

"Azərbaycanın 2020-ci ildə Dağlıq Qarabağa qarşı apardığı ölümcül hücum, Laçın dəhlizinin 10 aylıq blokadası və 2023-cü ilin sentyabrında etnik ermənilərin Dağlıq Qarabağda təmizlənməsi beynəlxalq hüququ kobud şəkildə pozmuş və ciddi humanitar fəlakətlərə səbəb olmuşdur. Davam edən blokada 2023-cü ilin fevral ayında Beynəlxalq Ədalət Məhkəməsinin “Laçın dəhlizi boyunca maneəsiz hərəkəti” təmin etməklə bağlı qərarını da pozdu. Mövcud dəlillərə və beynəlxalq qınaqlara baxmayaraq, Azərbaycan bu etnik təmizləmə və digər hərəkətlərə görə ciddi nəticələrlə üzləşməyib. Bundan başqa, 2023-cü ilin sonuna qədər Azərbaycan Dağlıq Qarabağın bir neçə siyasi liderini və ən azı 23 hərbi əsiri həbs edib; digərləri isə ya saxlanılmamış, ya da qaçırılmış, bəziləri isə Azərbaycan əsgərləri və ya hüquq-mühafizə orqanları tərəfindən məhkəmədən kənar şəkildə qətlə yetirilmişdir".

"Bundan əlavə, biz Dövlət Departamentini Ermənistanın özünümüdafiə hüququnu tənqid edən Azərbaycanın zərərli ritorikasını qınamağa çağırırıq. Köçkünlər təhlükəsiz və etibarlı şəkildə geri qayıtma hüququna sahib olmalıdır. Azərbaycan Ermənistanın ona qarşı müharibəyə hazırlaşması ilə bağlı yalan və qızışdırıcı iddialar irəli sürüb. Belə təxribatçı açıqlamalar sülh danışıqlarını poza və regionun sabitliyini təhlükə altına qoya bilər, xüsusilə də diqqətlər regiona yönəldiyi bir vaxtda".

"Ermənistan coğrafi və siyasi çətinliklərlə üzləşir, Türkiyə və Azərbaycan tərəfindən blokada ilə əhatə olunması onun iqtisadi potensialını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Dövlət Departamenti Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılması ilə bağlı müzakirələri asanlaşdırmaq və ABŞ-ın 2021-ci ildə etdiyi kimi Osmanlı dövründəki erməni soyqırımının tanınması ilə bağlı səyləri təşviq edə bilər. Bu müzakirələr həmçinin Türkiyənin Dağlıq Qarabağa qarşı hərbi təcavüzündə Azərbaycanı dəstəkləməsi ilə bağlı Ermənistanın təhlükəsizlik narahatlıqlarını həll etmək üçün bir platforma təmin edə bilər".

"Dövlət Departamenti bu addımları atmaqla Azərbaycanın siyasi məhbusları, girovları və hərbi əsirləri (!!!) həbsdən azad etməsi, həmçinin Ermənistan əleyhinə qızışdırıcı ittihamları dayandırması üçün təzyiq göstərə bilər".

Bu mətni sistemləşdirsək, müraciətdə üç əsas çağırış var:

- Ermənilər Qarabağa qayıtmalı, Laçın yenidən dəhlizə çevrilməli, Azərbaycanda həbsdə olan “Artsax liderləri” azad olunmalı;

- ABŞ Ermənistanın silahlanmasına və blokadadan çıxmasına dəstək verməli, erməni revanşizmini dəstəkləməli;

Избранный
17
aznews.az

1Источники