RU

Ukraynanın NATO-ya üzvlüyü 3-cü Dünya Müharibəsinin başlanğıc nöqtəsi olacaq - Robert Fiko

Ukraynanın NATO-ya üzvlüyü 3-cü Dünya Müharibəsinin başlanğıc nöqtəsi olacaq - Robert Fiko

Slovakiyanın baş naziri Robert Fiko Ukraynanın NATO-ya üzvlüyü 3-cü Dünya Müharibəsinin başlanğıc nöqtəsi olacağını deyib.Bu barədə Robert Fiko Slovakiyanın STVR milli televiziyasına müsahibəsində bildirib. Fiko Ukraynanın NATO-ya qəbulunu bütün üzv ölkələrin razılığı ilə olacağını ifadə edib.“Mən Slovakiya Respublikasının baş naziri olduğum müddətdə parlament üzvlərinə Ukraynanın NATO-ya üzvlüyünü heç vaxt təsdiqləməməyi tövsiyə edəcəyəm” deyə baş nazir vurğulayıb.Ukraynanın NATO üzvlüyünə qarşı olduğunu bildirən Fiko Qərbi münaqişəni qızışdırmaqda günahlandırıb və müharibənin döyüşməkdənsə, diplomatiya yolu ilə həll edilməsi lazım olduğunu bildirib.Mövqeyini ABŞ və Ukraynadan gizlətmədiyini qeyd edən Fiko bu gün görüşəcəyi Ukraynanın baş naziri Denis Şmihala da fikirlərini bildirəcəyini qeyd edib.Mənbə: DHA

Избранный
32
afn.az

1Источники