RU

“İsrailin hücumlarına qətiyyətlə qarşı çıxacaq” – SEPAH Generalı

“Tehran Livan və Fələstində “müqavimət cəbhəsi”ni (proksi qüvvələri – red.) qoruyub saxlayacaq, İsrailin hücumlarına qətiyyətlə qarşı çıxacaq”.

Medianews.az  xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami deyib.

Onun sözlərinə görə, İran İsrailin istənilən addımına cavab verəcək.

“İranın oktyabrın 1-də İsrailə raket hücumu islam müqaviməti liderlərinin öldürülməsinə görə qan intiqamı idi”, – Səlami qeyd edib.

Qeyd edək ki, İsrail bundan öncə müxtəlif vaxtlarda HƏMAS və “Hizbullah” liderləri İsmayıl Haniyə və Həsən Nəsrullahı məhv edib.

Ayşən

Избранный
4
2
medianews.az

3Источники