RU

Qubada paraşütlə tullanan həkim həyatını itirib VİDEO

Qubada paraşütlə tullanan həkim faciəvi şəkildə ölüb. Bədbəxt hadisə ötən gün baş verib.

Xezerxeber.az-ın məlumatına görə, həvəskar paraşütçü Şamo Mehdiyev dağlıq ərazidə tullanma həyata keçirən zaman idarəetməni itirib və yerə çırpılıb.

İlkin məlumata görə, hündürlükdən yerə sərt şəkildə düşdüyünə görə 38 yaşlı həkimin ayaqları qırılıb. Travmatik şoka düşüb və bu səbəbdən vəfat edib. Onu xəstəxanaya çatdırmaq mümkün olmayıb. Kənd icra nüaməyələndiyindən bildirilib ki, dağlıq ərazidə turistlər mütəmadi olaraq uçuşlar həyata keçirirlər. Lakin ilk dəfədir ki, ərazidə ölümlə nəticələnən belə bir hadisə baş verir.

Qeyd edək ki, əslən Laçın rayonundan olan Şamo Mehdiyev Xırdalan şəhərində diş həkimi işləyib. O, həm də həvəskar şəkildə yamac paraşütü idmanı ilə məşğul olub.

Faktla bağlı  araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
28
xezerxeber.az

1Источники