RU

Teylor Svift sərvətinə görə Rihannanı geridə qoydu

Teylor Sviftin sərvəti 1,6 milyard dollara çataraq, 1,4 milyard dollar sərvəti olan Rihannanı geridə qoyaraq, dünyanın ən varlı qadın musiqiçisi olub. 

Demokrat.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. 

Məlumata görə, Svift bütün musiqiçilər arasında 2,5 milyard dollar sərvəti olan Cey-Zdən sonra ikinci yerdədir.

Sviftin maliyyə uğuru onun "Eras" turunun tarixi uğuru və musiqi kataloqunun davamlı populyarlığı ilə şərtlənir. Forbes Sviftin maliyyə vəziyyətini yeniləyərək müğənninin milyarder qadın musiqiçilər arasında ilk sıralarda yer aldığını açıqlayıb. Ötən il ilk dəfə milyarder statusuna çatan Svift bu il sərvətini daha da artırıb.

Mehriban Mirzəzadə
Demokrat.az
Избранный
47
demokrat.az

1Источники