RU

90 faiz səslə yenidən Prezident seçildi

Tunisdə oktyabrın 6-da keçirilən prezident seçkilərində Prezident Kays Səid 90,69 faiz səslə yenidən qalib gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Tunis Ali Seçki Şurası prezident seçkilərinin ilk nəticələrini açıqlayıb.

Yüksək Seçki Şurasının sədri Faruk Buasker mətbuat konfransında Səidin 90,69 faiz səs topladığını açıqlayıb.

Digər namizədlər arasında Xalq Hərəkatının lideri Zuheyr əl-Məğzavi 1,97 faiz, siyasi həyatına 2020-ci ildə Yaşasın Tunis Partiyasından millət vəkili kimi başlayan iş adamı Ayaşi Zamal isə 7,35 faiz səs toplayıb. 

Konstitusiya araşdırmaları üzrə professoru olan Səid ilk dəfə 2019-cu ildə keçirilən seçkilərdə prezident seçilib.

Namizədlərdən biri olan Zamal “yalançı bəyanat vermək” ittihamı ilə davam edən məhkəmə prosesi səbəbindən həbsxanadan seçkilərə qatılıb.

Mətbuat konfransında Buasker bildirib ki, xaricdə və ölkə daxilində toplam 9 milyon 753 min 217 seçicidən cəmi 2 milyon 808 min 548-i səs verib.

Buasker bildirib ki, prezident seçkilərində iştirak 28,8 faiz təşkil edib.

Ölkənin aparıcı siyasi partiyalarından biri olan Ənnahda Hərəkatı, xüsusilə də müxalifətin "çətir" təşkilatı Milli Azadlıq Cəbhəsi də seçki prosesi üçün “uyğun demokratik mühitin olmadığını” deyib.

Xalq Hərəkatı, Tunis İrəli Hərəkatı və bəzi digər partiyalar seçkiyə qatılıblar. 

Избранный
7
cebheinfo.az

1Источники