RU

İsrail Livanın cənubunda yeni əməliyyata başlayıb

İsrail Müdafiə Qüvvələrinin (TSAXAL) 146-cı Zirehli Diviziyası "HaMapatz" oktyabrın 7-də Livanın cənub-qərbində "Hizbullah"ın infrastrukturuna qarşı “məhdud, lokallaşdırılmış, hədəflənmiş əməliyyat hərəkətləri”nə başlayıb. Bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin oktyabrından 146-cı diviziyanın qərargahı regional müdafiə briqadası kimi fəaliyyət göstərib və onun qüvvələri İsrailin şimalında, Qəzza zolağında, Yəhudeya və Samariyada yerləşdirilib.

“Əsgərlər 213-cü Artilleriya Briqadası və əlavə qüvvələrlə birlikdə ərazidə (Livanın cənubunda - red.) terror infrastrukturunu müəyyən etmək və məhv etmək üçün işləyirlər”, - İsrail Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.

Tural

Избранный
16
50
news365.az

10Источники