Millətlər Liqasının qrup mərhələsində səfərdə Estoniya ilə qarşılaşacaq millimizin azarkeşləri üçün ayrılan bilet qiyməti məlum olub.
"Football-plus.az" xəbər verir ki, qonaq fanatlar üçün ayrılmış B-16 sektoruna biletlərin qiyməti 35 AZN-di.
Yığmanı səfərdə dəstəkləmək istəyən azarkeşlər biletlər iTicket.az-da onlayn şəkildə əldə edə bilərlər.
Qeyd edək ki, oktyabrın 11-də Tallin şəhərində yerləşən “Lilleküla” stadionunda keçiriləcək Estoniya - Azərbaycan matçı yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə saat 20.00) başlayacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта