Bakı. Trend:
Nepalda Dhaulagiri dağında dırmanış zamanı 5 rusiyalı alpinisthəlak olub.
Trend bubarədə “The Himalayan Times” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, həlak olanların adları bunlardır: AleksandrDuşeyko, Oleq Kruqlov, Vladimir Çistikov, Mixail Nosenko və DmitriŞpilevoy.
“Ekspedisiya 2 gün əvvəl, oktyabrın 6-da, 06:00-da hündürlükdəkidağ düşərgəsindən yola çıxıb. Onlarla sonuncu dəfə 11:00-da əlaqəsaxlamaq mümkün olub, daha sonra əlaqə kəsilib. Meyitləri 7,1kilometr yüksəklikdə tapılıb. Onların 7,6 kilometr hündürlükdənyıxıldığı ehtimal olunur”, - məlumatda qeyd olunub.